"Barselona" Gamber kubokunu qazandı

16 Avqust 2018 06:03 (UTC+04:00)

"Barselona" klubun qurucusu Joan Gamberin xatirəsinə keçirilən Gamber kuboku çərçivəsində "Boka Xuniors"la (Argentina) qarşılaşıb. Qarşılaşma Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Boka Xuniors" - 3:0
Qollar:
Malkom, 18, Messi, 39, Rafinya, 67

Bununla da, "Barsa" bu yarışı tarixində 41-ci dəfə qazanıb. Qeyd edək ki, Gamber kuboku 1966-cı ildən keçirilir.