Gəncədə iki avtomobil toqquşub

16 Avqust 2018 04:05 (UTC+04:00)

Gəncə şəhərində 2 avtomobil toqquşub, xəsarət alanlar var. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şərq çıxışında baş verib. "VAZ-21011" markalı avtomobillə "Nazlifan" markalı avtomobilin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onlardan birinin vəziyyətinin orta-ağır, digərlərinin isə qənaətbəxş və normal olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.