Tovuzda sürücü avtomobili aşırıb, hadisə yerindən qaçıb

16 Avqust 2018 03:05 (UTC+04:00)

Tovuz rayonunda avtomobil qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Cırdaxan kəndi ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb.

Belə ki, VAZ markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, sürücü sərxoş olub. Faktla bağlı araşdırma aparılır.