Sabirabadda avtomobil atı vurub

16 Avqust 2018 01:03 (UTC+04:00)

Sabirabad rayonunda avtomobil atı vurub. “Report”un Mil-Muğan bürosunun məlumatına görə, qəza dünən axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya qeydiyyatında olan “Hyundai” markalı Р 640 УН 72 dövlət nömrə nişanlı mikroavtobus atı vurub. Nəticədə atın üstündə olan Qaragüney kənd sakini, 2001-ci il təvəllüdlü Mirzağa Əbülfət oğlu İsrafilov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan Rusiya vətəndaşı olan sürücüyə hadisə yerində yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.