Goranboyda həyətini narkoplantasiyaya çevirən 59 yaşlı kişi tutulub. SİA xəbər verir ki, rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Qubad Nağıyev Xocalı polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
O, öz həyətində kultivasiya və aqrotexniki qaydada qulluq etməklə ümumi çəkisi təxminən 70 kq-dan artıq olan çətənə kolları becərib.
Saxlanılan şəxs ifadəsində narkotik maddələri 4 ay öncə əkdiyini və şəxsi istifadəsi üçün becərdiyini deyib.
Səbəbi isə bədənində olan ağrıları sakitləşdirmək olub.
Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.