“Dəfinələr adası” tamaşası təqdim olunacaq

15 Avqust 2018 18:52 (UTC+04:00)

Noyabrın 17-də Heydər Əliyev Sarayında Rusiyanın “Молчи и танцуй” teatrı və rəssam Yelena Vedernikovanın təqdimatında, ingilis yazıçı Robert Luis Stivensonun əfsanəvi “Dəfinələr adası” romanı əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, müasir rəqsin və qum animasiyasının sintezi, səmimiyyət və məhəbbətlə dolu rəqs hərəkətləri tamaşada əksini tapacaq.

Rusiyanın ən yaxşı rəqqaslarından olan Yevgeni Yasmakovun iştirakı ilə, tamaşaçılara breakdance, hip-hop, akrobatika, funk və müasir rəqslər təqdim ediləcək.