Spaletti daha 3 il “İnter”i çalışdıracaq

15 Avqust 2018 17:06 (UTC+04:00)

İtaliyanın “İnter” klubu baş məşqçisi Luçano Spaletti ilə müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, 53 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, L.Spaletti 2017-ci ilin iyunundan "İnter"i çalışdırır.