Gəncə sakini yol qəzasında ağır yaralandı

15 Avqust 2018 16:45 (UTC+04:00)

Gəncə şəhərinin Şah İsmayıl Xətai prospektində yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, 1961-ci il təvəllüdlü Məzahir Pənohovu maşın vurub.

Belə ki, yolu keçmək istəyən şəhər sakini ağır kəllə-beyin travması alıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyəti orta ağırdır.

Araşdırma aparılır

İlham Məmmədov