Bu gün voleybol yığmamız İsveç komandası ilə qarşılaşacaq

15 Avqust 2018 16:01 (UTC+04:00)

Bu gün Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa çempionatının seçmə turnirində çıxışlara başlayır. SİA-nın məlumatına görə, “Dərnəgül” mərkəzində keçiriləcək qrup mərhələsinin birinci turunda komandamız İsveç voleybolçularına qarşı çıxış edəcək. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayır. Azərbaycan-İsveç matçını türkiyəli Bülənt Bozkurt və israilli Tiranu Şiano idarə edəcəklər.

Avqustun 18-də yığmamız Lüksemburq komandası ilə qarşılaşacaq.

Qrup mərhələsinin nəticələrinə görə, qalib final mərhələsinə çıxacaq, ikinci yeri tutan 6 komanda 5 vəsiqə iddiasında olacaq. Seçmə turnirində cəmi 28 yığma iştirak edəcək.