Kavani yaşıl meydanlara qayıtmağa hazırlaşır

15 Avqust 2018 15:17 (UTC+04:00)

PSJ-nin futbolçusu Edinson Kavani yaşıl meydanlara qayıtmağa hazırlaşır. SİA-nın məlumatına görə, uruqvaylı hücumçu gözləniləndən də tez zədəsini sağaltmaq üzrədir. Onun Fransa Liqasının ikinci turunda “Genqam”la oyuna (18 avqust) kimi hazır olacağı gözlənilir. E.Kavaninin adının bu görüşün iştirak ərizəsində ola biləcəyi vurğulanıb.

Xatırladaq ki, Kavani DÇ-2018-in 1/8 final mərhələsinin Portuqaliya ilə matçında (2:1) zədələnib.