Ermənistan Səhiyyə Nazirliyinə bomba qoyulub

15 Avqust 2018 13:56 (UTC+04:00)

Dünən Ermənistanın paytaxtında fövqəladə hadisə baş verib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, İrəvan sakini 911 telefon xidmətinə zəng edərək Səhiyyə Nazirliyinin inzibati binasına bomba qoyulduğunu bildirib. Ermənistan FHN-nin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xəbərdə deyilir ki, minaaxtaranlar və psixoloji xidmətin əməkdaşları hadisə yerindədir. Nazirliyin əməkdaşları təxliyyə edilib.

Araşdırma aparılır.