Sürücülərin diqqətinə!

15 Avqust 2018 12:47 (UTC+04:00)

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 30-50 km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.