Azərbaycan UEFA reytinqində irəliləyib

15 Avqust 2018 12:03 (UTC+04:00)

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. SİA-nın məlumatına görə, buna “Qarabağ”ın Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Belarusda BATE ilə 1:1 hesabı ilə heç-heçə etməsi səbəb olub. Borisovda qeydə alınan bərabərlik sayəsində 0,125 xal qazanan Ağdam klubu ölkənin xal ehtiyatını 18,250-yə çatdırıb.

Nəticədə Azərbaycan İsraili qabaqlayaraq 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, Avrokuboklarda qələbəyə görə 0,250, heç-heçə halında isə 0,125 reytinq xalı verilir.