“Sevilya”nın futbolçusu “Roma”da

15 Avqust 2018 10:07 (UTC+04:00)

“Sevilya”nın yarımmüdafiəçisi Stiven Nzonzi karyerasını “Roma”da davam etdirəcək. SİA-nın məlumatına görə, fransız futbolçu paytaxt təmsilçisi ilə 4 illik müqavilə imzalayıb. Nzonzinin keçidi “Roma”ya 26,65 milyon avroya başa gəlib. Daha 4 milyon isə bonus şəklində ödəniləcək.

Qeyd edək ki, DÇ-2018-in qalibi yeni klubunda 42 nömrəli forma ilə çıxış edəcək.