Süleyman Soylu: "Türkiyədə 800-ə yaxın terrorçu var"

15 Avqust 2018 00:06 (UTC+04:00)

"Türkiyədə 800-ə yaxın terrorçu var." Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib. Nazir bu rəqəmin ən aşağı göstərici olduğunu vurğulayıb:

"Hazırda ölkə daxilində təqribən 790 terrorçu var. Bu, son illərin ən aşağı göstəricisidir. Kimin harada, hansı qrupun içində olduğunu bilirik".