Fernando Alonso növbəti il Formula 1-də çıxış etməyəcək

15 Avqust 2018 01:20 (UTC+04:00)

Formula-1 üzrə ikiqat dünya çempionu, ispaniyalı pilot Fernando Alonso gələn il yarışlarda iştirak etməyəcəyini bildirib. "Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, 37 yaşlı pilot bildirib ki, onu qarşıda bir sıra yeniliklər gözləyir. Bununla belə, F.Alonso hansı yarışlarda iştirak edəcəyini bildirməyib. Bundan öncə, idmançı İndieCar və LeMans Series yarışlarda da iştirak edib.

Qeyd edək ki, F.Alonso karyerası ərzində 32 Qran-Pri qalibi olub və 97 dəfə podiuma çıxıb. 2005 və 2006-cı illərdə o "Benneton-Renault" komandası ilə dünya çempionu olub.