İtaliyada körpü çökdü: 30 nəfər öldü

14 Avqust 2018 20:39 (UTC+04:00)

İtaliyanın şərqində yerləşən Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində biri körpə olmaqla, 30 nəfər ölüb. Bu barədə Rai News 24 telekanalı infrastruktur və nəqliyyat nazirinin müavini Edoardo Riksiyə istinadla məlumat yayıb.

Mülki Müdafiə Departamentinin məlumatına əsasən, insident nəticəsində azı 10 nəfər itkin düşüb. Fransa Prezidenti Emmanuel Makron, Avstriya kansleri Sebastyan Kurts, Almaniya kansleri Angela Merkel və Çexiyanın Baş naziri Andrey Babiş artıq faciə ilə bağlı başsağlığı veriblər. Emmanuel Makron hadisə ilə əlaqədar İtaliyaya istənilən köməkliyi göstərməyə hazır olduğunu deyib.