Braziliya millisinin sabiq hücumçusu Ronaldo xəstəxanadan evə buraxılıb. Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bir neçə gün əvvəl pnevmoniya diaqnozu ilə İbitsada xəstəxanaya yerləşdirilən 41 yaşlı braziliyalının hazırda özünü yaxşı hiss etdiyi bildirilib.