“Sabah”ın əvəzediciləri “Qaradağ Lökbatan”ı məğlub edib

14 Avqust 2018 17:23 (UTC+04:00)

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb. SİA-nın məlumatına görə, sözügedən komanda “Qaradağ Lökbatan”la qarşılaşıb.

Binə stadionunda keçirilən oyun “Sabah”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Emil Qasımov vurub.