Yığmamız qələbə qazanıb

14 Avqust 2018 17:01 (UTC+04:00)

Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də baş tutan oyunda Belarus yığması eynihesabla qalib gəlib.