Sampaoli Meksika millisini çalışdıracaq?

14 Avqust 2018 16:25 (UTC+04:00)

DÇ-2018-dəki uğursuz çıxışdan sonra Argentina milli komandasından qovulan Xorxe Sampaolinin yeni komandası bəlli olmaq üzrədir. SİA-nın məlumatına görə, argentinalı mütəxəssis Meksika millisinin "sükanı arxası"na keçməyə yaxındır. 58 yaşlı mütəxəssislə ABŞ, Kosta-Rika və Paraqvay yığmaları da danışıqlar aparıb. Lakin Meksika Futbol Federasiyası Sampaoli ilə danışıqlarda bir addım öndədir və anlaşma yaxın günlərdə əldə ediləcək.

Qeyd edək ki, Meksika yığması DÇ-2018-dən sonra Xuan Karlos Osorio ilə yolları ayırıb.