Sosial şəbəkələrdəki “klaviatura qəhrəmanları” SİYASİ RAKURS

14 Avqust 2018 15:42 (UTC+04:00)

Yaxud, gerçək azadlıqla saxta azadlığı səhv salanlar

Azərbaycanda yaradılmış söz və media azadlığı mühiti nəinki post sovet ölkələrində, eləcə də aparıcı Qərb ölkələrində belə mövcud deyil. Əslində, bu kimi iddianın irəli sürülməsinə əsaslar da var. Daha doğrusu, əgər bu gün MDB məkanı da daxil olmaqla, Britaniyada, Fransada, İspaniyada, eləcə də ABŞ-da müəyyən və bəlli hadisələr zamanı sosial şəbəkələrə məhdudiyyətlər qoyulursa (əslində bu kimi faktlar dəfələrlə baş verib-R.R.) ölkəmizdə belə hal ümumiyyətlə yaşanmayıb. Siyasi baxışından, mənsubiyyətindən və s. fərqliliyindən asılı olmayaraq, hər kəs facebook, tvitter, yotube və s. adlı şəbəkələrdə fikirlərini paylaşır, öz baxışını ortaya qoyur. Və heç kim bu addımına görə təqib edilmir. Həmçinin, sosial media amili də bu kimi vasitədə fəaliyyət göstərir və həmin fəaliyyət tam azad şəkildə həyata keçirilir.

Söz yox ki, belələrinin çirkin məqsədləri, hətta kimlikləri də bəllidir

Lakin son bir neçə ildir ki, xarici ölkələrdə “dissident”, yaxud, “siyasi mühacir” kimi qondarma statusları mənimsəyərək, Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı çıxan bəlli fərdlər bu vasitə ilə müəyyən xarici dairələrin sifarişlərini həyata keçirməyə cəhd göstərərək, necə deyərlər, öz “çörək pullarını” bundan çıxarmağa çalışırlar. Əlbəttə ki, onların buradakı “ələkçinin qıl verənləri” də var ki, müxtəlif ictimai-siyasi əhəmiyyətli hadisələr ərəfəsində, hətta qeyri zamanlarda suyu bulandırmaqla məşğuldurlar. Söz yox ki, belələrinin çirkin məqsədləri, hətta kimlikləri də bəllidir. Bir müddət öncə biz, Orduxan Teymurxanın qardaşının Bakıda istirahət əyləncə kompleksi işlətməsini, Tural Sadıqlının bir ailənin qızını evlənmək adı ilə aldadaraq Almaniyaya aparmasını, sonradan onu döyərək qovmasını, babalarının isə qatı cinayətkar olmasını sübut edən faktları ictimai rəyin diqqətinə çatdırmışdıq. Linkləri aşağıda bir daha yerləşdiririk:

http://sesqazeti.az/news/opposition/670693.html

https://news.milli.az/politics/637065.html

Qeyd edək ki, araşdırmalarımız nəticəsində “klaviatura qəhrəmanlıqları” edənlərin bütün iç üzləri tam çılpaqlığı ilə ortaya çıxarılaraq, ifşa olunmuşdular, eyni zamanda ölkə mətbuatı bu araşdırmanı diqqətə alaraq, qəzetimizə istinadən tirajlamışdı.

Bu kimi məsələlərdə bilavasitə AXCP sədri Əli Kərimlinin rolunu qeyd etmək yerinə düşərdi

Beləliklə, bu amilin yenidən qabardılmasını vacib bilərək, digər “klaviatura qəhrəmanlarının” kimlikləri barədə araşdırma aparıb, onların da ifşa olunmasını məqsədəuyğun hesab etdik. Məsələ həm də ondadır ki, sosial şəbəkədə arzuolunmaz tendensiya da təşviqedici, yəni hansısa şəxsi nə zamansa mediaya verdiyi açıqlamaya, tutduğu mövqeyə görə başqalarına söydürməkdir. Bu kimi məsələlərdə bilavasitə AXCP sədri Əli Kərimlinin rolunu qeyd etmək yerinə düşərdi. Onun AXCP-nin gənclər komitəsi, həmçinin “Azadlıq” qəzetinin facebook səhifəsində, eləcə də saxta səhifələrdə söyüş qrupları yaradaraq, onları necə deyərlər, insanların üzərinə qısqırtması birinci hal deyil. Ümumiyyətlə,

facebookda qısa araşdırma aparanda, bu tipli status paylaşan profillərlə daha yaxından tanış olduqda görürük ki, belə addım atanların böyük əksəriyyəti özünü Azərbaycanda siyasi hakimiyyətə qarşı görən, hətta aşırı radikal görən şəxslərdir. Yəni, aşırı radikal, dağıdıcı mövqeyi ilə seçilən siyasi partiyalarda və onların yedəyində olan müxtəlif təşkilatlarda təmsil olunanlar ölkənin ictimai-siyasi həyatında az-çox tanınan şəxsləri bu "metodla” hədəfə alır, onların fikirlərini lağ, ələsalma obyektinə çevirirlər. Maraqlı tərəf həm də burasıdır ki, bir sıra hallarda bu qaraguruhun hədəf aldığı şəxslər demədikləri sözə, ifadə etmədikləri fikrə görə də söyüş, təhqir ünvanına çevrilirlər.

Hər kəsin azadlığı bir başqasının azadlığının sərhədinə qədərdir...

Bu gün saxta profillərlə Azərbaycan hakimiyyətinə və dövlətinə qarşı olmazın qədər faliyyət göstərən “qəhrəmanlar” əslində, gerçək azadlıqla, saxta azadlığı səhv saldıqlarının fərqinə varmalıdırlar. Gerçək azadlıq onlara verilən və yaradılan şəraitdir, saxta azadlıq isə belələrinin özlərini xarici dairələrin qullarına çevirmələridir. Məşhur bir aforizmdə qeyd edildiyi kimi, hər kəsin azadlığı bir başqasının azadlığının sərhədinə qədərdir. Yəni belələri özlərinə rəva görməədikləri həqarətləri başqalarına da etməməlidirlər. Edirlərsə, demək ki, cavablarını da alırlar. Bu isə o deməkdir ki, belələri məməviyyat dairələrini itiriblər bunu həzm edirlər.

Əlbəttə, zaman çatacaq və belələri nə qədər səhv yolda olduqlarını anlayacaqlar. Ancaq bunu vaxtında da anlamaq mümkündür. Təbii ki, əgər onlar Əli Kərimli, Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi vətənsiz- şərəfsizlərin təsir dairələrindən çıxmağı bacarsalar. Əks halda, günah özlərindədir...

Rövşən RƏSULOV