AFFA İK futbolçunu cəzalandırdı, klubunu cərimələdi

14 Avqust 2018 15:01 (UTC+04:00)

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarı nəzərinizə çatdırır:

11 avqust 2018-ci il, 2018/2019 mövsümündə, XXVII Topaz Premyer Liqasının I turunun “Sumqayıt” - “Neftçi” matçının 67-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).