Qızıl oğurlayan dəstə üzvləri saxlanılıb

14 Avqust 2018 14:30 (UTC+04:00)

Neftçala rayonunda evdən oğurluq edilib. DİN-dən SİA-ya verilən xəbərə görə, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Xolqaraqaşlı kənd sakini Nuruş Əmənov və Salyan rayon sakini Murad Ələkbərov saxlanılıblar.