Nurlan Novruzov Türkiyə klubunda

14 Avqust 2018 12:01 (UTC+04:00)

"Səbail"dən ayrılan Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək. SİA-nın məlumatına görə, 25 yaşlı futbolçu BAL liqasına üz tutub. N.Novruzov "Dərsim 62 Spor" klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, N.Novruzov 2014/15 mövsümündə "Bakı" nın heyətində Azərbaycan çempionatının bombardiri olub.