Ankarada silahlı insident 17 nəfər yaralanıb

14 Avqust 2018 11:03 (UTC+04:00)

Ankarada narkotik aludəçisi olduğu iddia edilən şəxsin ətrafa silahla atəş açması nəticəsində 1-i uşaq olmaqla, 17 nəfər yaralanıb. SİA Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə avqustun 13-də Altındağ məhəlləsində qızıl dükanlarının və valyuta dəyişmə məntəqələrinin yerləşdiyi ərazidə baş verib. Silahlı şəxsin məhz bu obyektləri atəşə tutduğu bildirilir.

Hadisə yerindən qaçan şübhəli şəxsin axtarışları davam edir.