Ağ Evdən Türkiyə səfirinə “yox” cavabı

14 Avqust 2018 11:02 (UTC+04:00)

Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Türkiyənin ABŞ-dakı səfiri ilə görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Bolton keşiş Endryu Branson azad olunmayana qədər Vaşinqtonla Ankara arasında gərginliyin qalacağını deyib.

“Branson Türkiyə ərazisində həbsdə qaldığı müddətdə bizim müzakirə aparmağa mövzumuz olmayacaq”, - deyə Bolton səfir Sərdar Kılıça deyib. Görüşün keçirilməsi üçün Türkiyə tərəfinin müraciət etdiyi xəbər verilir.

Boltonla Kılıç arasında danışıqların nəticəsiz başa çatdığı bildirilir.