"Liverpul"un müdafiəçisi 3 həftə oynaya bilməyəcək

14 Avqust 2018 09:31 (UTC+04:00)

Milli komandadan zədəli qayıdan "Liverpul"un müdafiəçisi Deyan Lovrenin durumuna aydınlıq gəlib. SİA-nın məlumatına görə, çanaq sümüyündə zədə aşkarlanan xorvatiyalı futbolçunun təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Həkimlər 29 yaşlı oyunçunun zədəsini dünya çempionatındakı ağır oyunlarla əlaqələndiriblər.

Qeyd edək ki, Lovren ötən mövsüm də eyni zədədən əziyyət çəkib.