Ukraynada nə baş verir? - 1 həftədə 239 uşaq itkin düşüb

14 Avqust 2018 09:17 (UTC+04:00)

Ötən həftə ərzində Ukraynada 239 uşaq itib. SİA Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, polis bunlardan 233 nəfərini taparaq evlərinə qaytara bilib. Digər 6 uşağın axtarışları isə davam edir.

Polis itkin düşən uşaqların axtarışı üçün gücləndirilmiş iş rejiminə keçib.