Yunanıstanda meşə yanğınları qurbanlarının sayı 95 nəfərə çatıb

13 Avqust 2018 22:03 (UTC+04:00)

Yunanıstanın paytaxtı Afina şəhərinin ətrafında baş vermiş meşə yanğınlarında 95 nəfər ölüb, 30 nəfər xəsarət alıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Səhiyyə Nazirliyində məlumat verilib.

Məlumata görə, hazırda müalicə müəssisələrində yanaraq xəsarət alan 30 nəfər var. Onlardan 7-si reanimasiyadadır. Xatırladaq ki, bu ilin iyul ayında Yunanıstanda anomal istilər səbəbindən temperatur 38-40 dərəcəyə yüksəlib. İyulun 23-də Afina şəhərinin ətrafında bir neçə böyük yanğın başlayıb və uzun müddət davam edib.