“İnter”dən növbəti transfer

13 Avqust 2018 16:40 (UTC+04:00)

“İnter” növbəti keçidini həll edib. SİA-nın məlumatına görə, Milan təmsilçisi “Monako”nun hücumçusu Keyta Baldeni icarəyə götürüb. 23 yaşlı futbolçunun müqaviləsi bir illikdir. Anlaşmaya 34 milyon avroluq satın alma şərti də qeyd olunub.

Seneqal millisinin üzvü ötən il 30+5 milyon avroya "Latsio"dan "Monako"ya keçmişdi.