Taliban 103 nəfəri öldürdü

12 Avqust 2018 15:03 (UTC+04:00)

Talibanın Qəznə şəhərinə hücumu nəticəsində 103 nəfər həlak olub, 133 nəfər isə yaralanıb. Bu barədə 1TV kanalı məlumat yayıb. Kanalın məlumatına görə, ölənlərdən 90 nəfəri hərbçilər, 13-ü isə mülki vətəndaşlardır. Qarşıdurma zamanı Taliban qüvvələri də itkilər verib.

Qeyd edək ki, cümə günü “Tolo Nyus” telekanalı Taliban dəstələri şəhərə müxtəlif istiqamətlərdən girməyə çalışdığını bildirmişdi.