Məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

12 Avqust 2018 08:50 (UTC+04:00)
ABŞ-ın Nyu-Cersi ştatında məktəb avtobusu qəzaya uğrayıb. Azı 40 nəfər xəsarət alıb. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ştatın şimalında Middlesex rayonunda baş verib. Xəsarət alan sərnişinlər yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Vəziyyəti ağır olan və ya ölənlər barədə məlumat yoxdur.