Bu gün Topaz Premyer Liqasında yeni mövsümə start veriləcək

11 Avqust 2018 12:11 (UTC+04:00)

Avqustun 11-də Topaz Premyer Liqasının 2018-2019-cu il mövsümünün birinci turuna start veriləcək. SİA-nın məlumatına görə, iki gün ərzində keçiriləcək birinci turun açılış matçında “Sumqayıt” və “Neftçi” komandaları üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. “Dalğa Arena”da baş tutacaq qarşılaşmanı Rauf Cabbarov idarə edəcək. Ona Nahid Əliyev və İsgəndər Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ramil Diniyev yerinə yetirəcək.

Avqustun 12-də “Qəbələ” ilə “Səbail”, “Keşlə” və “Sabah” komandaları qarşılaşacaqlar.

“Qarabağ”-“Zirə” qarşılaşması ağdamlıların avrokuboklarda iştirakı ilə əlaqədar sentyabrın 29-da oynanılacaq.