Bu ilin sonuncu Günəş tutulması baş verəcək

11 Avqust 2018 11:15 (UTC+04:00)

Bu ilin sonuncu Günəş tutulması hadisəsi avqustun 11-də baş verəcək. Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından SİA-ya verilən xəbərə görə, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat 12.02-də başlanacaq, saat 13.46-da maksimum səviyyədə olacaq, saat 15.30-da başa çatacaq.

İlin sonuncu Günəş tutulması Rusiyanın şimal-şərqini, Şimali Amerika, Skandinaviya və Çini əhatə edəcək.