Premyer Liqada yeni mövsümə start verilib

11 Avqust 2018 09:51 (UTC+04:00)

İngiltərə Premyer Liqasında yeni mövsümə start verilib. SİA-nın məlumatına görə, açılış matçında “Mançester Yunayted” “Lester”i qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk turun digər oyunları bu gün və sabah keçiriləcək.

“Mançester Yunayted” - “Lester” 2:1

Qollar: Poqba, 2-pen. (1:0), Shav, 83 (2:0), Vardi, 90+2 (2:1)