Yaponiyada vertolyot qəzası olub Ölənlər var

11 Avqust 2018 09:26 (UTC+04:00)

Yaponiyanın Qumma prefekturasında xilasedici vertolyot qəzaya uğrayıb. SİA-nın verdiyi məlumata görə, qəza nəticəsində 9 heyət üzvü həyatını itirib.

Bildirilib ki, Kusatsu-Sirane aktiv vulkanı ərazisində vertolyotla rabitə pozulub. Gün ərzində xilasedicilər vertolyotu aşkar edə biliblər.

Qeyd olunub ki, vertolyotun qəzaya uğramasının səbəbi pis hava şəraiti ola bilər. Qara qutular hələ də aşkar olunmayıb.