NATO: “Rusiya yenə əsas təhdiddir”

10 Avqust 2018 22:03 (UTC+04:00)

"NATO yenidən Rusiyanı özünə qarşı təhdid hesab edib." Bu barədə məlumat NATO-nun öz Tvitter səhifəsində yerləşdirdiyi xüsusi videoçarxda yer alıb.

Videoçarxda Rusiya NATO-ya qarşı ilk təhdid olaraq təqdim edilib. Bundan sonrakı təhdidlər sırasında Yaxın Şərq və Afrikadakı situasiya, kütləvi qırğın silahlarının yayılması, kiberhücumlar, enerji daşıyıcılarının tədarükü və iqlim dəyişikliyi göstərilib.