"Çelsi"nin futbolçusu "Valensiya"da

11 Avqust 2018 04:18 (UTC+04:00)

"Çelsi" futbolçusu Mişi Batşuayini "Valensiya"ya icarəyə verib. İngilis klubunun saytında yer alan xəbərə görə, 24 yaşlı hücumçu 2018/2019 mövsümündə icarə əsasında İspaniya təmsilçisində çıxış edəcək. Qeyd edək ki, M.Batşuayi ötən mövsümün ikinci yarısı icarə əsasında "Borussiya"da (Dortmund) oynayıb.