Britaniya mətbuatı: "Pol Poqba "Mançester Yunayted"də qalacaq"

10 Avqust 2018 21:19 (UTC+04:00)

"Mançester Yunayted"dən ayrılması gündəmdə olan Pol Poqbanın taleyinə aydınlıq gəlib. Britaniya mətbuatı yazır ki, fransalı yarımmüdafiəçi komandada qalmağa qərar verib. Başqa kluba keçmək istəməyən futbolçu Joze Mourinyo ilə münasibətlərini düzəltməyə çalışacaq. Qeyd edək ki, adı bir neçə klubla yanaşı hallanan Poqba ilə "Barselona" daha yaxından maraqlanırdı.