Bakıda marşrut avtobusunda oğurluq olub

10 Avqust 2018 17:15 (UTC+04:00)

Bakıda marşrut avtobusunda oğurluq olub. DİN-dən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 13-də rayon ərazisində 62 saylı xətt avtobusundan 200 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sənan Hacıyev saxlanılıb.