Tramp Türkiyəyə qarşı tarifləri 2 dəfə artırdı

10 Avqust 2018 17:25 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminium və polada qoyulan tarifləri 2 qat artırıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Tramp “Twitter" səhifəsində yazıb.

“Mən indicə Türkiyədən gətirilən polad və alüminium tariflərini 2 qat artırmaq barədə göstəriş vermişəm. Eyni zamanda, onların türk lirəsi bizim güclü dollarımıza qarşı sürətlə ucuzlaşır”.