Bu il Azərbaycandan 111 min 195 ton kimya sənayesi məhsulları ixrac edilib

10 Avqust 2018 17:25 (UTC+04:00)

Bu ilin ilk yeddi ayında Azərbaycandan 111 min 195 ton kimya sənayesi məhsulları ixrac edilib. Yanvar-iyul aylarında ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 40 milyon 609 min ABŞ dolları olub. SİA bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumat verir.

Qeyd edək ki, keçən ilin analoji dövründə ölkədən 159 min 251 ton kimya sənayesi məhsulları ixrac olunub, həmin ixracın dəyəri isə 40 milyon 149 min dollar təşkil edib.