Ərdoğan: "Dollar-mollar bizim yolumuzu kəsə bilməz"

10 Avqust 2018 16:18 (UTC+04:00)

“Biz bu iqtisadi müharibədə məğlub olmayacağıq”. SİA “Haber7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayburtda cümə namazından sonra valyuta bazarındakı dəyişikliklərə münasibət bildirərkən deyib.

“İnşallah, bu çətinlikləri də geridə qoyacağıq. Dollar-mollar bizim yolumuzu kəsə bilməz. Heç nədən narahat olmayın. Yastığının altında dolları, avrosu, qızılı olanlar varsa, gedib bunu rahat şəkildə banklarımızda türk lirəsinə dəyişdirsin. Bu, milli mübarizədir. Bizə qarşı iqtisadi müharibə edənlərə millətimin cavabı olacaq. Milli valyutamızla bunlara cavab verəcəyik", - o vurğulayıb.