Soyğunçuluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

10 Avqust 2018 12:40 (UTC+04:00)

Avqustun 7-də Nəsimi rayonu ərazisindəki kafelərdən birində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dərhal Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Qeyd olunan kafedə Bakı şəhər sakini S.İsmayılovun mobil telefonunun və içərisində 1227 manat olan pul kisəsinin alınması müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən bir nəfər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər narkotik vasitə istifadə etdiyinə görə məhkumluq həyatı yaşayan Bəhruz Hüseynov olması müəyyən edilib.

Araşdırma aparılır.