Joze Mourinyo: "İndiki heyət məni qane edir"

10 Avqust 2018 12:24 (UTC+04:00)

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandasının mövsümə hazır olduğunu deyib. SİA-nın məlumatına görə, o, portuqaliyalı futbolçularla arasında heç bir problem olmadığını bildirib. “Ötən il bizim üçün pis keçmədi. Yeni mövsümə hazırıq. İndidən çempionatın favoriti barədə danışmaq mənasızdır. Kimin daha güclü olduğunu noyabr-dekabr ayında görəcəyik. Futbolçularla münasibətimin pis olduğunu mən də eşitmişəm. Bunlar yalandır. Yalan, min dəfə təkrarlansa da, həqiqətə çevrilməz. İndiki heyət məni qane edir. Biz yüksək yerlər uğrunda birlikdə mübarizə aparırıq".