Türkiyədə zəlzələ olub

10 Avqust 2018 09:15 (UTC+04:00)

Türkiyənin şərqində 3 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Van şəhərindən 31 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 03:54-də qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.