Rafet El Roman Azərbaycana gəlir

9 Avqust 2018 14:56 (UTC+04:00)

Türkiyəli müğənni Rafet El Roman Bakıya gəlir. SİA-nın məlumatına görə, sənətçi paytaxtımızda konsert verəcək. Tədbir avqustun 18-də keçiriləcək. İstirahət mərkəzlərindən birində təşkil olunacaq konsertdə Rafet sevilən mahnılarını səsləndirəcək.