DTX və DİN-dən birgə əməliyyat

9 Avqust 2018 12:44 (UTC+04:00)

Astarada çay fabrikindən silah-sursat tapılıb. DİN-dən SİA-ya verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.