"Əl çəkin, Anarın intim videosunu mən yaymamışam" VİDEO

9 Avqust 2018 13:08 (UTC+04:00)

Mərhum reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanın sosial şəbəkələrdə videosu yayılıb. SİA-nın məlumatına görə, görüntülərdə Anjelika bu sözləri deyib: "Uşaqlar ataları ilə vidalaşa bilmədilər. Dünən mən oğlumu qəbr üstündən ayıra bilmirdim. 10 yaşı var. Artıq böyük oğlandır. Hər şeyi başı düşür. Gözlərinə inanmırdı. Əli ilə torpağı eşirdi ki, atamı oradan görə bilərəm. Çox ağır hissdir".

O, qaynanası ilə bağlı da fikirlərini bldirib: "Əl çəkin, Anarın intim videosunu mən yaymamışam (ağlayır). İmkan verin, uşaqlarımı böyüdüm. Qaynanamla da dəfələrlə danışıb, münasibətimizi düzəltmək istəmişəm. Sadəcə olaraq, o qadın kimlərinsə sözlərinə qulaq asır. Amma bilsin ki, ətrafında olan insanlar ondan istifadə edir. Anarın ailəsində 8 il gəlin olduğuma görə, qohumlarını çox yaxşı tanıyıram".